Ölkə 10:31 11.03.2019

Ramil Usubov Mirhəşimovu rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub.

Qaynarinfo Azadinform-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini - Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.  

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərilib.