Ölkə 12:27 18.02.2019

Ramil Usubov polis kapitanına vəzifə verdi

Daxili işlər naziri Ramil Usubov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis müavini təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Anar Şıxəliyev bu vəzifəyə təyinat alıb.

Xəbəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi təyin edilib.