Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının sabiq direktoru Fariz Babayevə yeni vəzifə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Babayev Fariz Hənifə oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzdində fəaliyyət göstərən Mərdəkan Reabilitasiya Pansionatının direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Fariz Babayev ötən ilin oktyabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. O, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri doktorudur.
Əhməd
Şərhlər