Sosial şəbəkələrdə özünü şair-publisist kimi təqdim edib, qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1974-cü il təvəllüdlü Qazax şəhər sakini Ülvi Dağkəsəmənli barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2- ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məlum olub ki, sosial şəbəkələrdə və xüsusən "TikTok"da özünü şair-publisist kimi təqdim edən Ülvi Dağkəsəmənli yaşadığı Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sosial mediada qeyri-etik və əxlaqsız ifadələr işlədib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu və buna görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Ülvi Dağkəsəmənli İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 28 gün müddətə inzibati qaydada həbs olunub.
Aydın
Şərhlər