Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanmasında Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) iştirak etmir.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (AKİ) Əli İsa Cabbarov deyib.
Onun sözlərinə görə, Fəxri Xiyabanda dəfn olunan bütün elm, mədəniyyət, incəsənət və dövlət xadimlərinin hər birinin qəbirüstü abidəsinin hazırlanmasında rəsmi strukturlarla ailə üzvləri iştirak edir:
"Eskiz hər iki tərəf arasında razılaşdırılır və bütün dəstək dövlət tərəfindən verilir. Əminəm ki, hər iki tərəf ümumi rəyə gəldikdən sonra Rasim Balayevin adına layiq yüksək səviyyədə qəbirüstü abidəsi hazırlanacaq".
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev uzun sürən xəstəlikdən sonra martın 29-da dünyasını dəyişib.
Bahar Rüstəmli
Şərhlər