Jurnalist Rasim Əliyevi döyən adamlardan birinin "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov olduğu ehtimal olunur və o hazırda istintaq təcridxanasındadır.
Qaynar.info bu məsələni araşdırmaq üçün ortada olan lazımi faktları araşdırmaq qərarına gəlib.
Məsələ burasındadır ki, mərhum Rasim Əliyev avqustun 7-dəki məlum statusundan sonra bir sıra insanlar tərəfindən tənqid və təhqir olunub. Belə ki, həmin insanlar həmin statusun komment bölməsində Cavid Hüseynovun tərəfini saxlamaqla həmkarımızın düzgün status paylaşmadığını göstərməyə çalışıblar. Bunların arasında Elşən İsmayılov da olub. O, hətta görüşmək üçün nömrəsini də qoyub. Məlum olaydan sonra isə Elşən İsmayılov Rasimə yazdıqlarını silib. Ancaq cinayətkarlıqda təqsirli bilinən şəxs öz yazışmasını silsə də, Rasimin ona xitab etməsi hər şeyi göstərir.
Bu, mərhumun Elşənlə danışması faktını göstərən ilk kommentidir: "Hörmətli Elşən, monitor arxasında söyüş söyməyi kişilik bilən sizsiniz. Mənim qanım türk qanıdı. Əgər spermamın da yoxlanmağı sizi maraqlandırırsa, buyurun görüşək, gedək bir yerdə yoxlatdıraq.
Ardınca Rasimin Elşənə 2-ci və 3-cü kommenti belə olub: "Onda bu Cavid, elə siz özünüz də türk bayrağını stadionda dalğalandırmağa görə şərəfsiz polis tərəfindən vəhşiliklə döyülən azarkeşə görə niyə səsinizi çıxartmadınız? Olmaya polis ve hakimiyyət qorxusu var canınızda? Burda nömrə reklam eləmə".
Sonuncu cümləyə diqqət. İsmayılov öz telefon nömrəsini görüşmək üçün kommentdə yerləşdirib. Ancaq görünür, Əliyev ona zəng etməyib. Sadəcə inboksda yazışmadan sonra Rasim ona öz nömrəsini verməyə razılaşıb. Rasim isə ölümündən qabaq verdiyi müsahibədə onunla olayın olduğu "Bayıl market"də görüşdüklərini və görən kimi sifətdən tanıdığını bildirib. Bu tanıma isə feysbuk vasitəsilə olub. İndi ümid edirik ki, bu material da hardasa cinayətkarın kimliyini müəəyənləşdirmək baxımından müəyyən rol oynayacaq.
Qaynar.info
Şərhlər