Xəbər lenti

Raufla birgə daha iki gənc də zəhərlənibmiş...
Ölkə06:32 16.11.2024

Raufla birgə daha iki gənc də zəhərlənibmiş...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi ötən gün Rauf Ra kimi tanınan gənc şair dəm qazından vəfat edib.
"Qafqazinfo”nun məlumatına görə, hadisə vaxtı 23 yaşlı Rauf Qədimovla birgə eyni evdə olan 21 yaşlı Məmmədrəhim Minayətov və 20 yaşlı Elmir Səlimov da dəm qazından zəhərlənib. Onlar üçü də Respublika Taksikologiya Mərkəzinə çatdırılıb.
Tibbi yardımlara baxmayaraq Rauf Qədimov xəstəxanaya çatdırıldıqdan 1 saat sonra  vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.