Ekonomiks 10:54 13.09.2013

Rayonlara qaz verilməyəcək

Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün sentyabrın 13-də saat 21:00-dək “Sabirabad”, “Saatlı”, “İmişli” QPS-lərdən və “İmişli Şəkər Zavodu” ölçü qovşağında, saat 18:00-dək “Horadiz” QTM-dən və “Sulutəpə” ölçü qovşağında, saat 17:00-dək “Buzovna 1-97” QPM-dən Buzovna qəsəbəsinə geden qaz kəmərlərində, “Yeni Suraxanı” qaz kəmərində, saat 13:00-dən “Mərdəkan bağları” və “Türkan Bağları”  ölçü qovşaqlarında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İmişli, Sabirabad, Saatlı rayonlarına, Horadiz şəhəri daxil olmaqla Füzuli rayonunun Qazaxlar, Mirzənağılı, Şükürbəyli, Kərimbəyli, Yağlıvənd, Böyük Bəhmənli, Babı, Arayatlı kəndlərinə, Bakı şəhərinin Sabunçu rayonunun Buzovna qəsəbəsi və Dənizkənarı küçəsinə, Suraxanı rayonunun 14 iyul, V.Xəlilov, M.Əzizbəyov, Dağüstü, Göl küçələrinə və Aşağı qəsəbə adlanan əraziyə, eləcə də Abşeron rayonunun Hökməli, Qobu, Atyalı, Daşgüzdək, Aşağı Güzdək kəndlərinə, Sulutəpə qəsəbəsi və Xırdalan Quşçuluq massivinə, eləcə də Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlanın Hacımövlan bağlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info