İdman 20:44 24.10.2021

"Real Madrid" "El-Klasiko"da "Barselona"ya qalib gəldi

İspaniya La Liqasında X turun mərkəzi görüşü "Barselona" və "Real Madrid" komandaları arasında keçirilib.

Qaynarinfo-nun məlumatına görə, "Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero "Barselona"nın təsəlli qolunun müəllifi olub.

Bununla da 9 oyundan 20 xal yığan "Real Madrid" ilk pillədə yer alıb. "Barselona" isə 15 xalla 8-cidir.