Xəbər lenti

İdman 19:24 17.04.2018

"Real"ın iki ulduzu Premyer Liqaya transfer olunur

Son iki ildə Çempionlar Liqasının qalibi olan və bu mövsüm yarımfinalda "Bavariya" ilə qarşılaşacaq "Real"ın yarımmüdafiə xəttinin iki önəmli futbolçusu İngiltərəyə transfer oluna bilər.

Qaynarinfo "Don Balon"a istinadən xəbər verir ki, Luka ModriçToni Kroosun Premyer Liqaya transferi gözlənilir. Modriç üçün keçmiş komandası "Tottenhem" transfer danışıqlarına start verib. Kroosu isə "Mançester Yunayted" istəyir.

Modriç "Tottenhem"də 4 mövsüm keçirdikdən sonra 2012-ci ildə 40 milyon avroya "Real"a transfer olunmuşdu. "Kral Klubu"nun heyətində 6-cı mövsümünü keçirən xorvat yarımmüdafiəçi 3 dəfə Çempionlar Liqasının qalibi olub, 2013/14, 2015/16 və 2016/17 mövsümlərində turnirin ən yaxşı "11-liy"inə düşüb. O, 2015, 2016 və 2017-ci illərdə FIFA tərəfindən hazırlanan ilin rəmxi komandasında yer alıb. O, həmçinin 3 dəfə Avropa Super Kuboku və klublararası dünya çempionatının, 1 dəfə La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub. 

Kroos 2014-cü ildə "Bavariya"dan "Real"a 25 milyon avroya transfer olunub. İndiyədək 2 dəfə Çempionlar Liqasının, Avropa Super Kubokunun və klublararası dünya çempionatının, 1 dəfə La Liqanın və İspaniya Super Kubokunun qalibi olub. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?