Xəbər lenti

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı
Sağlamlıq 21:55 25.07.2020

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində olan koronavirus xəstələrinin sayı azalıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 313 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 335 nəfər idi.

Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 76 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfər idi.  

Azərbaycanda koronavirus infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 98 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->