Ölkə 18:46 31.05.2018

Rektor təyin edilən Ceyhun Məmmədov kimdir?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının imzaladığı sərəncamla Ceyhun Valeh oğlu Məmmədov bu insituta rektor təyin olunub.

Qaynarinfo xəbər verir ki, Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlib. Yeni rektor Xəzər Universitetinin ilahiyyat üzrə fəlsəfə doktorudur. Namizədlik dissertasiyasını Dinşünaslıq ixtisası üzrə "Şəmsəddin əs-Səxavi və onun "Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri" mövzusunda müdafiə edib.

Ceyhun Məmmədov həmçinin ərəb dili üzrə tərcüməçilik edir. Yeni rektorun son iş yeri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu olub. O, bu instutda böyük elmi işçi olaraq fəaliyyət göstərib.