"Həkim açıqladı ki, əməliyyat olunmalıdır. Amma baş tutmayacaq, nəfəsində, ağciyərində də problem var. Əməliyyat olsa, sağ çıxmaz”.
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü deyib.
ARB telekanalında yayımlanan "Həmin Zaur” proqramı sənətçinin evindən reportaj hazırlayıb.
Xalq artistinin xanımı qeyd edib ki, Rəmişə qaraciyər transplantasiya həyata keçirmək alınmayacaq:
"Rəmişdən ötrü hər gün ağlayıram. Bronxlarından əziyyət çəkirdi. İndi də qaraciyər bir tərəfdən problem yaratdı. Su yığılıb, bir dəfə çəkdirmişik. Həkim açıqladı ki, əməliyyat olunmalıdır. Amma baş tutmayacaq. İndi müalicə üsulu ilə sağaltmağa çalışırıq. Camaat da deyir ki, guya mən yardım istəmişəm. Mənim heç kimin pul yardımına ehtiyacım yoxdur. Dövlət ona ev, fəxri ad verib”.
Şərhlər