Xalq artisti Rəmişi öz qohumu zəhərləyib. Qaynar.info xəbər verir ki, ATVxəbər.az-a açıqlama verən Rəmiş və həyat yoldaşı Gülü xəbəri təsdiqləyiblər.
Gülü xanım bildirib ki, xalq artsti hələ də tam sağalmayıb: “Rəmişi evimizə gedib-gələn adam zəhərləyib. Hələ də əziyyət çəkir, müalicə olunur. Nəfəs almağında çox ciddi problemlər yaranıb”.
Rəmiş isə ATVxəbər.az-a səhhətində olan problemin ona çox mane olduğunu bildirib: “Özümü belədə çox narahat hiss edirəm. Amma dərmanlarım var, atıram, müalicə olunuram. Astarada dədəm var, onun da yanına gedirəm, çox yaxşı təsir edir. Dədəm Məmməd Səfa məni mumya, bal ilə müalicə edir. Əslində zəhərlənməyimi demək istəməzdim...”.
Qaynar.info
Şərhlər