Məşhur rep ifaçısı Iggy Azaleanın Braziliyada baş tutan konsertində rəqqas səhnədə huşunu itirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna məhəl qoymadan mahnısına davam edən müğənni sərt tənqidlərə məruz qalıb.
Sosial şəbəkə istifadəçiləri buna görə müğənnini psixopat adlandırıb və vicdansız davranış sərgilədiyini yazıblar.
İctimaiyyətin təzyiqləri səbəbindən açıqlama verən müğənni rəqqasın vəziyyətinin yaxşı olduğunu və səhnədə hərarət yüksək olduğundan huşunu itirdiyini bildirib.
Qeyd edək ki, "Instagram"da 13 milyon izləyicisi olan avstraliyalı müğənni 2014-cü ildə çıxartdığı "The new classic" adlı albomu ilə "Billboard 200"də 3-cü pilləyə qədər yüksəlmişdi.
Şərhlər