Ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinin qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun olub.
Qaynarinfo xəbər verir ki, verilişə skayp vasitəsi ilə zəng edən müğənni ona cadu olunması ilə bağlı açıqlama verib. Bildirib ki, 5 aylıq qız övladının ölümünə səbəb ona cadu olunması olub.
"Evimdən çoxlu sayda cadu tapıldı. Mən pis günlərə qaldım. Temperaturum düşmürdü. Həkimlər heç cür mənə kömək edə bilmirdilər. Qızım öləndən sonra mən sakitləşib rahat həyatıma döndüm".
Şərhlər