Xəbər lenti

Maqazin 14:47 14.04.2019

Rəqsanənin anası Türkiyədə ağır əməliyyat olunacaq

"Ana kəlməsi mənim ən həssas yerimdir. Onsuz həyatı təsəvvür belə edə bilmirəm".

Qaynarinfo xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Instagram" səhifəsində yazıb. Müğənni bildirib ki, anası bu gün əməliyyat olunacaq:

"Hazırda anam Türkiyədə çətin bir əməliyyata hazırlanır. Ürək əməliyyatı olacaq. Allahıma yalvarıtam, anamın nəfəsini bizə çox görmə. Anam bizim dünyamızdır. Zəhmətkeş, hər əzaba dözən, bizə görə qara saçını ağ edən anam... Bu günə qədər qaldırdığın yükü, çəkdiyin dərdlərə hansı ürək dayanardı ki... Anam bizim həm atamız, həm anamız olub. Boğazımda sözlər düyünlənib, Allah köməyimiz olsun".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->