Rəşad Camalov Şirvandakı Şəhidlər Xiyabanını seçicilərlə birgə ziyarət edib (FOTO/VİDEO)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalov 20 Yanvar şəhidlərini seçicilərlə birgə ziyarət edib.
Qayanrinfo xəbər verir ki, deputatlığa namizəd 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Şirvan şəhərində Şəhidlər xiyabanında olub.
Sovet qoşunları tərəfindən Azərbaycan xalqının başına gətirilən dəhşətlərdən danışan Rəşad Camalov xalqın mübarizliyi və əzmkarlığı sayəsində müstəqillik əldə etməsini xüsusi vurğulayıb.
Şirvan camaatı ilə birgə Şəhidlər xiyabanını ziyarət edən Rəşad Camalov 20 Yanvar abidəsinə gül dəstələri qoyub. 20 Yanvar abidəsinə gül dəstələri qoyandan sonra deputatlığa namizəd Qarabağ qaziləri, Çernobıl əlilləri və Şirvan əhalisi ilə söhbət edib. Qarabağın işğaldan azad olunacağını mütləq qeyd edib.
Söhbət zamanı Şirvan camaatına ölkədəki iqtisadi-sosial islahatlardan danışan Rəşad Camalov görülən işləri müsbət qiymətləndirib.
Sonda seçicilər deputatlığa namizəd Rəşad Camalova minnətdarlığını bildiriblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər