Siyasət 17:54 28.01.2020

Rəşad Camalovun vəkilindən ittihamlara cavab: “Qanun qarşısında məsuliyyət daşıyırlar”

46 saylı Şirvan Seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalov haqqında bəzi Kütləvi İnformasiya Vasitələrində həqiqəti əks etdirməyən yazılar yer alıb. 

Deputatlığa namizəd Rəşad Camalovun vəkili  Bəxtiyar Babayev səslənən ittihamlara cavab verib.

Qaynarinfo saytı həmin məlumatı təqdim edir:

Seçki kampaniyasına hazırlıq, eyni zamanda, bu kampaniyanın uğurla, müvəffəqiyyətlə həyata keçirilməsi kifayət qədər böyük həssaslıq, məsuliyyət tələb edir. Seçki taktikasının adekvat şəkildə müəyyənləşdirilməsi seçicilərin arzu, istək və maraqlarının dolğun şəkildə ifadə olunması ən layiqli namizədlərin seçilməsi baxımından bu ən vacib həlledici mərhələlərdən sayılır. Bu mərhələdə seçki strategiyasının müəyyənləşdirilməsi ilə bağlı atılan addımlar nəticə etibarilə seçki kampaniyasının gedişində böyük əhəmiyyət kəsb edir. Başqa sözlə seçki kampaniyasının nə dərəcədə uğurlu alınması bu mərhələdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən, atılan addımlardan əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycanda gənclərə yaradılan şəraitdən bəhrələnib, cənab Prezident İlham Əliyevin gənclərə verdiyi önəmdən ruhlanaraq Rəşad Camalov həmyerlilərinə dəstək olmaq məqsədilə 46 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürüb.

Güman edirik ki, bundan ehtiyatlanan və Şirvan əhalisi arasında nüfuzu görən bəzi şəxslər ona qarşı "qara piar” kampaniyasına başlayıblar. Belə ki, həqiqətə uyğun olmayan məlumatlar və şəkillər paylaşmaqla cəmiyyətdə mənfi obraz yaratmağa çalışırlar. 

Elçin Salamov adlı şəxs bir sıra sosial şəbəkələrdə Rəşad Camalov barəsində yalan məlumatlar ötürməklə imicinə ciddi ziyan vurmağa çalışır. Məqsəd bu məlumatları paylaşmaqla hansısa maddiyat əldə etməkdir. Bu əqidədə olan insanlar bilməlidirlər ki, bu paylaşımlarla nəyəsə nail ola bilməzlər. Elçin Salamov və onun himayədarları bu yalan məlumatlarla  Rəşad Camalovu dəstəkləyən Şirvan sakinlərinin yanında olan nüfuzuna xələl yetirə bilməz.
Media qurumları şər və böhtanla dolu olan yazılara əhəmiyyət verməməli və yalnız faktlara əsaslanan yazılar dərc etməlidirlər. Belə hallara yol verənlər qanun çərçivəsində məsuliyyət daşıyırlar. 

Bu kimi yalan məlumatları paylaşmağa davam etsələr onlar barəsində qanuna müvafiq qaydada hüquqlarımızı müdafiə etmək məcburiyyətində qalacayıq. 
Rəşad Camalov yalnız və yalnız öz həmyerlilərinə arxalanıb bu seçki marafonuna qoşulub.