İdman 12:46 25.11.2021

Rəşad Sadıqov bu legioneri göndərdi

Qış fasiləsi yaxınlaşarkən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov heyətə "əl gəzdirməy"ə başlayıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, paytaxt klubu legionerlərdən birini yola salıb. Söhbət Georgi Stoilovdan gedir. Şimali Makedoniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Səbuhi Həsənov