Siyasət 15:31 26.03.2013

Rəsul Quliyevdən dostlarına müraciət

Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev Facebook istifadəçilərinə müraciət ünvanlayıb.

Modern.az-ın məlumatına görə, sosial şəbəkədən aktiv istifadə edən R.Quliyev seçkiöncəsi fikirlərinin hər kəs üçün xeyrli olacağını bildirərək,  Facebook dostlarını statuslarını mütəmadi izləməyə çağırıb.

“Hörmətli Fasebook-la mənə dostluq göndərənlər, sizin hamınıza dərin minətdarlığımı bildirirəm. Mənim səhifəm və fikirlərimlə tanış olmaq istəyənlərdən follovers statusu ilə mənim səhifəmə daxil olmağı xahiş edirəm. Azərbaycanda seçkiqabağı mənim fikirlərimlə tanış olmağın xeyri olacağına inanıram, siz də inanın və səhifəyə avtomatik daxil olun”-deyə eks-spiker vurğulayıb.

Qaynar.info