Siyasət 11:56 28.05.2014

Rəsulzadənin Novxanıdakı abidəsi ziyarət edilir - FOTOLAR

Müsavat Partiyası saat 11.00 radələrində Rəsulzadənin abidəsini ziyarət edib. 

Müsavat-ın icra aparatının rəhbəri Arif Hacılı yürüş-mitinqi açıq elan edib: “Azərbaycan Cümhuriyyətinin yaranmasının 96-cı ildönümündə böyük liderimiz, öndərimiz Rəsilzadənin heykəli önündə baş tutan mitinqi alqışlayıram. Xoş gəlmisiniz!”. O, ADR-in yaranma səbəblərindən danışaraq  bildirdi ki, Rəsulzadə və tərəfdarları demokratiya uğrunda, istiqlaliyyət uğrunda mübarizə aparanlara rəhbərlik edərək cümhuriyyət qurublar. 

Tarixçi Nəsiman Yaqublu isə qeyd edib ki, bu dövlət Azərbaycan milli hərəkətatının bir nəticəsi idi: “Onlar yüksək dəyərlərə söykənən bir dövlət qura biliblər. Bu gün İstiqlal bayramıdır. O dövr bizim üçün şərəfli bir dövr olaraq qalmaqdadır”. 

Qeyd edək ki, 28 May Respublika Günü münasibətilə demokratik cümhuriyyətimizin banisi Məmməd Əmin Rəsulzadənin Bakının Novxanı qəsəbəsindəki abidəsi yad edilir. Kənd sakinləri səhər saatlarından abidənin yerləşdiyi kiçik parka gələrək M.Ə.Rəsulzadəni aniblar.

Həmçinin ölkə müxalifətinin abidəni ziyarət etməsi planlaşdırılıb.//musavat.com