Ekonomiks 12:21 15.09.2021

Çörəyin bahalaşmasının qarşısını almağın normal metodları var - İqtisadçı

"Qiymət artımı ilə bağlı vəziyyət ağırdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli çörəyin qiymət artımını şərh edərkən deyib. Onun fikirincə, çörək həssas məhsul olduğundan insanlar başqa malların bahalaşmasından daha çox çörəyin bahalaşmasına reaksiya verir:

"Mən çörəyin qiymətinin sabit qalmasını doğru saymıram. Çünkü çörək istehlakı ailənin büdçəsində çox az hissəsini təşkil edir və ondan daha çox bahalaşan digər məhsullara adekvat reaksiya verilmir. Çörəyin qiymətinin sabit qalması, bahalaşmasının qarşısını inzibati yollarla almaq cəhdləri həmişə olub. Bunu doğru hesab etmirəm, bu, bazar iqtisadiyyatına müdaxilədir. Bazar istisadiyyatında iqtisadi proseslərə hökumətin müdaxiləsi yersizdir. Hesab edirəm ki, hökumət səbəbləri aradan qaldırmalıdır”.

Azərbaycanda çörəyin qiymətinin bahalaşmasına gəldikdə isə Nazim Bəydəmirli bildirib ki, ölkəyə ərzaq buğdası idxal olunur:
 

 
"Ərzaq buğdasını biz əsasən Rusiyadan idxal edirik. Bu ilin əvvəlindən Rusiyada aksiz vergisi tətbiq edilib və bu səbəbdən bahalaşması bazarın tələbidir. Ancaq bunun inzibati yollarla saxlanılmasını doğru saymıram. Hesab edirəm ki, bu, sahibkarlara təzyiq mexanizmidir, iqtisadiyyatın inzibati yollarla tənzimlənməsi siyasətidir. Ancaq onunbahalaşmanın qarşısının alınmasının normal metodları var. Çörək undan istehsal olunur, un da buğdadan. Hökumətin daxildə apardığı siyasət, yəni un istehsalçılarına dəstəyi ona gətirib çıxardır ki, idxal buğdasından əlavə dəyər vergisi alınmır, ancaq idxal unundan əlavə dəyər vergisi alınır. Eyni zamanda daxildə un istehsalçılarna, monopolistlərə daha şərait yaradılır, onlar da un istehsalında əlavə dəyər vergisindən azad olunur. Beləliklə buğdanı Rusiyadan alan monopolistlər həm də hökümətin iki qat dəstəyini görürlər. Onun üçün də una tətbiq edilən əlavə dəyər vergisi götürləmli idi ki, Rusiya un istehsalçıları Azərbaycana da rahat un ixrac edə bilərlər. O zaman unun qiyməti stabilləşərdi”.

Qeyd edək ki, Azərbaycanda bəzi firmalar çörəyin qiymətini bahalaşdırıb. Konkret olaraq bahalaşma iki firmanın - "Çörəkçi” və "Nömrə 1”-in məhsullarında özünü göstərib.

Bahar Rüstəmli

Sorğu


Notice: Undefined index: id
file/cache/template/qaynar_block_qaynar.block.query.php : 11   AIN_Error::errorHandler(8, "Undefined index: id", "file/cache/template/qaynar_block_qaynar.block.query.php", 11, Array(3))
include/library/ain/template/template.class.php : 182   require("file/cache/template/qaynar_block_qaynar.block.query.php")
file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php : 347   AIN_Template->getBuiltFile("qaynar.block.query")
include/library/ain/template/template.class.php : 86   require("file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php")
include/library/ain/template/template.class.php : 140   AIN_Template->_requireFile("theme/frontend/qaynar/module/qaynar/template/controller/article.html.php")
include/library/ain/template/template.class.php : 586   AIN_Template->_getFromCache("theme/frontend/qaynar/module/qaynar/template/controller/article.html.php", "qaynar.controller.article")
include/library/ain/module/module.class.php : 271   AIN_Template->getTemplate("qaynar.controller.article")
file/cache/template/frontend_qaynar_template_template.html.php.php : 193   AIN_Module->getControllerTemplate()
include/library/ain/template/template.class.php : 86   require("file/cache/template/frontend_qaynar_template_template.html.php.php")
include/library/ain/template/template.class.php : 140   AIN_Template->_requireFile("theme/frontend/qaynar/template/template.html.php")
10 include/library/ain/template/template.class.php : 69   AIN_Template->_getFromCache("theme/frontend/qaynar/template/template.html.php")
11 include/library/ain/ain/ain.class.php : 534   AIN_Template->getLayout("template")
12 index.php : 26   AIN::run()