Xəbər lenti

Qazi Elçin Səmədov hələlik əməliyyat olunmayıb (FOTO/YENİLƏNİB)
Ölkə 10:57 03.12.2020

Qazi Elçin Səmədov hələlik əməliyyat olunmayıb (FOTO/YENİLƏNİB)

2-ci Qarabağ müharibəsində yaralanan Elçin Səmədov hələki əməliyyat olunmayıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bu barədə qazinin özü bildirib. Elçin Səmədovun sözlərinə görə, o hələlik Bakıda hospitaldadır:

"Vəziyyətim yaxşıdır, Bakıda xəstəxanadayam. Əməliyyat olunmamışam, həkimlər bu barədə hələlik heç nə demirlər. Özüm də gözləyirəm". 

Qeyd edək ki, Qəbələ rayon İcra Hakimiyyətindən bir neçə gün öncə bildirilmişdi ki, qazi Elçin Səmədov Bakıya müayinə olunmaq üçün gətirilib. Müayinələr uğurla yekunlaşarsa, onun əməliyyat olunacağı gözlənilir.
 
09:35

Döyüşlərdə yaralanan qazi Elçin Səmədov Bakıda əməliyyat edilib. 

Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb. 

Qeyd edilib ki, E. Səmədovun ürəyində baş tutan əməliyyat uğurla yekunlaşıb. 

Xatırladaq ki, Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.

O, bir neçə gün öncə yaşadığı Qəbələ rayonundan Bakıya göndərilib və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. /Oxu.az
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->