Roberto Bordin:

Roberto Bordin: "Ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq"

"Çətin oyun olacağını bilirdik. Futbolçularıma tapşırmışdım ki, rəqibə yuxarıdan aşağı baxmasınlar".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Moldovanın "Sperantsa" klubunu 6:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

İtaliyalı mütəxəssis "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, görüşün əvvəlində çətinlik çəkiblər: "Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Bu, heç də belə deyil. Oyunun əvvəli istədiyimiz kimi getmirdi. Buna baxmayaraq, futbolçularımın oyuna yanaşması yaxşı oldu və gözəl qələbə qazandıq. Bu qələbə bütün komandanındı. Hamı gözəl oyun nümayiş etdirdi. Hamı özünü yaxşı göstərdi. İsmayıl Zülfüqarlının oyununu da yaxşı qiymətləndirirəm. Mübarizəyə yaxşı qoşuldu. İkinci oyununu keçirdi. Qol vurmasını hədiyyə hesab edirəm. Ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq. Belə bir şeyin olacağına inanmıram. Verdiyimiz şansdan düzgün istifadə etməlidi. Öz üzərində çox çalışmalıdı. Hücumçumuz Rauf Əliyevin iki oyunda 9 qoldan heç birini vurmamağı bizim üçün pis siqnal deyil. O, komanda üçün faydalı oyandı. Oyunçunun komandaya xeyri çox önəmlidi. Bəzi neqativ halları növbəti matça qədər düzəltməliyik".
 
Bordin "Bu, Azərbaycan klublarının avrokuboklar tarixində ən böyükhesablı qələbəsi oldu. Bu gün nədənsə narazı qaldınız" sualına belə cavab verib: "Sevinirəm ki, Azərbaycanın futbol tarixinə düşdük. Razı qalmadığım amil oyunçular arasında əlaqənin istənilən səviyyədə olmaması və topu tez itirməyimiz idi".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR