Roma metrosunda texniki qəza baş verib.
Qaynarinfo xəbər verir ki, təxminən 1500 nəfər metrodan təxliyyə edilib.
Hadisə Roma metrosunun B xəttindəki "Polikliniko" stansiyasında baş verib. Nəticədə bu və daha bir neçə stansiya enerjisiz qalaraq bağlanıb. Elektrik xətlərindən birində baş verən qəza tüstülənməyə səbəb olub.
Hadisə yerində yanğınsöndürənlər, polis və tibb işçiləri işləyirlər. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.
Şərhlər