İdman 19:54 28.07.2021

Ronald Kuman "Barselona"nın iki transferini blokladı

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandada yalnız ehtiyac duyduğu oyunçuları görmək istəyir.

Qaynarinfo-nun RAC1-ə istinadla verdiyi xəbərə görə, Kataloniya klubu "Lill"in yarımmüdafiəçisi Renato Sançes və "Atalanta" nın müdafiəçisi Kristian Romeronun satın alınmasını düşünsə də, hollandiyalı mütəxəssis hər iki müqaviləni bloklayıb. Kuman 23 yaşlı portuqaliyanın göy-qırmızıları gücləndirməyəcəyinə, 23 yaşlı argentinalını almağa isə ümumiyyətlə ehtiyac olmadığını düşünür.

2021/2022 mövsümü başlamazdan əvvəl, "Barselona” "Stuttqart” (31 iyul) və "Red Bull Zalsburq” (4 avqust) ilə yoldaşlıq görüşləri keçirəcək. İspan Premyer Liqasının 1-ci turunda, "Barsa” "Real Socyedad” ilə oynayacaq. Görüş Barselonada, 15 avqust tarixində Camp Nou stadionunda keçiriləcək.
 
Alpər