Ulduz futbolçu əvvəlki klubu “Atletiko Mineiro” ilə yeni müqavilə imzalayıb“Beşiktaş”ın uzun müddət transfer etməyə çalışdığı braziliyalı ulduz futbolçu Ronaldinyo İstanbul klubuna qismət olmadı. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ronaldinyo “Atletiko Mineiro” ilə yeni müqavilə imzalayıb.
"Beşiktaş" klubu bu xəbəri üzüntü içərisində qarşılayıb. Futbolçunun transferi ilə bağlı İstanbul klubu ilə danışıqlar aparan Ayhan Yaşılbaş Ronaldinyonun meneceri və böyük qardaşı Roberto Assisin ona zəng edərək, yeni müqavilə imzaladıqlarını bildirdiyini deyib:
“Burada başqa amillərin də təsiri olub. Çünki, “Beşiktaş” çox gözəl təklif irəli sürmüşdü”.
Qaynar.info
Şərhlər