İdman 17:12 14.01.2022

Ronaldo: "42 yaşıma kimi futbol oynamaq istəyirəm"

"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo 42 yaşına qədər futbol oynamaq istədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu haqda futbolçu "ESPN Brazil"ə danışıb. O, daha 6 il futbol oynamağı planlaşdırdığını bildirib.

36 yaşlı portuqaliyalı ulduz karyerası haqda bunları deyib:

"Özümü 30 yaşında hiss edirəm. Bədənimə yaxşı baxıram. Ruhən də yaxşı formadayam. 33 yaşından sonra öyrəndiyim ən vacib şey bədənimizin ehtiyacımız olan hər şeyə uyğunlaşmasıdır. Amma əsl döyüş zehni cəhətdən olur. Son vaxtlar zehni işə daha çox önəm verirəm. 40, 41 və ya 42 yaşıma kimi futbol oynamağa davam etmək və nə baş verdiyini görmək istəyirəm".

"Tottenhem" və ingilis futbolunun məşhur simalarından biri olan Teddi Şeringem, 40 il 272 günlə Premyer Liqada oynamış ən yaşlı oyunçu ünvanına sahibdir. Dünya rekordu 74 il 125 günlə Ezzeldin Bahaderə məxsusdur. Misirli futbolçu 2020-ci ildə rekord qırıb.

Səbuhi Həsənov