Foto 18:36 30.04.2019

Ronaldo dünyanın ən bahalı maşınını alır (FOTOLAR)

Kriştiano Ronaldo avtomobil kolleksiyasına daha bir bahalı marka əlavə etməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, "Yuventus"un ulduzu "Bugatti”nin "La Voiture Noire” markalı avtomobilini alır. Bu markanın qiyməti 11 milyon avrodu və dünyanın ən bahalı maşını hesab olunur.

Mart ayında Cenevrədə təqdimatı olan və mühərriki 1500 at gücündə olan avtomobil saatda 420 km sürətə malikdi. Cəmi bir ədəd istehsal olunan avtomobildən təkcə Ronaldoda olacaq. Ancaq hələ şirkət bu avtomobilin 34 yaşlı oyunçunun almasını təsdiqləməyib. 

Şirkət bunu hələ rəsmən açıqlamasa da, portuqaliyalı forvard yeni "oyuncağına" qovuşmaq üçün gözləməli olacaq. Belə ki, avtomobilin tam hazır olması 2021-ci ilə qədər çəkəcək. Bütün işlər tamamlandıqdan sonra maşın öz sahibinin ixtiyarına veriləcək.