Ronaldo Messini üstələyəcəyini dedi - Bəs bukmeykerlər nə deyir?

Ronaldo Messini üstələyəcəyini dedi - Bəs bukmeykerlər nə deyir?

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo gələcək karyera planları barədə danışıb.

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, o, bütün hallarda özünü Lionel Messidən üstün hesab etdiyini və bunu "Qızıl Top"ların sayında argentinalını ötərək sübut edəcəyini deyib:

"Messi möhtəşəm oyunçudur, artıq futbol tarixinə düşmüş futbolçudur, amma inanıram ki, ondan üstün olmaq üçün altı, yeddi, səkkiz "Qızıl Top” almalıyam. Mən buna layiqəm”.

Ümumilikdə Ronaldo və Messinin karyeralarında 5 "Qızıl Top” var. Ötən il səsvermənin nəticələrinə görə, "Qızıl Top"un sahibi gözlənilmədən Luka Modriç olub. Kriştiano Ronaldo və Antoine Qrizmann isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub. 

Bu il Ronaldonun "Qızıl Top”u qazanma şansı daha da azdır: bukmeykerlər Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olam "Liverpul"un futbolçusu Virgill van Diykin alacağına, Ronaldonun isə 2-3-cü yerlə kifayətlənəcəyinə inandıqlarını bildiriblər.

Alpər

XƏBƏRLƏR
BLOGLAR