Xəbər lenti

Ronaldonun klubu İrana gəlmək istəmir (SƏBƏB)
İdman 13:23 04.10.2024

Ronaldonun klubu İrana gəlmək istəmir (SƏBƏB)

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqası çərçivəsində "İstiqlal"la oyun üçün İrana getmək istəmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Klubun Yaxın Şərqdəki gərgin vəziyyətə görə təhlükəsizlik baxımından narahat olduğu bildirilir.

Qeyd edək ki, "Əl-Nəsr" - "İstiqlal" matçının oktyabrın 22-də Tehranda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Əl-Nəsr"də Kriştiano Ronaldo çıxış edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->