Kriştiano Ronaldo "Real"da qalmaq üçün klub rəhbərliyinin qarşısına şərt qoyub.
Qaynarinfo "Corriere dello sport"a istinadən xəbər verir ki, portuqaliyalı ulduz maaşının 4 dəfə artırılmasını tələb edib. Mövcud müqaviləsi 2021-ci ildə bitəcək futbolçu ildə 21 milyon avro maaş alır.
Ronaldonun meneceri Xorxe Mendeş "Real"ın prezidenti Florentino Peresə bildirib ki, ildə 80 milyon avro maaş veriləcəyi halda ən azı 3 illlik müqavilə imzalayacaqlar.
Şərhlər