Foto 20:21 06.06.2020

Ronaldunun 1,5 milyon avroya aldığı villa (FOTOLAR)

Dünyanın ilk milyarder futbolçusu kimi tarixə düşən Kriştianu Ronaldunun ötən İspaniyanın Marbelya şəhərində villa aldığı üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, "Yuventus"un portuqaliyalı ulduzu 4 yataq otağı, LED giriş yolları, idman zalı, kinoteatr otağı və hovuzu olan villa üçün 1,5 milyon avro ödəyib. Aralıq dənizi mənzərəsi olan bu villanın Marbelyanın La Resina Golf klubunun yanında yerləşdiyi vurğulanıb.

Ronaldunun qonşularından biri UFC döyüşçüsü Konor Makqreqordır.