Roqozin “Roskosmos”un yeni silahını təqdim etdi (VİDEO)
"Roskosmos” rəhbəri Dmitri Roqozin "Kapral” adlandırılmış travmatik tapançanı nümayiş etdirib.
Qaynarinfo xəbər verir ki, bu kiçik silahlar da dövlət korporasiyası tərəfindən "Zlatmaş” törəmə müəssisəsində istehsal olunur.
Roqozin Twitter-də qeyd edib ki, "Roskosmos” müəssisələri təkcə raket və kosmik texnologiya deyil, enerji avadanlığı, tibbi avadanlıqlar, yüngül dəmir yolu nəqliyyatı və lift avadanlığı da istehsal edir.
Təqdim olunan tapança PP-91 "Kedr" avtomatı əsasında hazırlanıb. Silah təhlükəsizlik işçiləri üçün nəzərdə tutulub və yığcam olduğundan paltarın altında koburada gəzdirilə bilər. "Zlatmaş" eyni zamanda ov silahları, döyüş, xidməti və pnevmatik silahlar da istehsal edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər