Xəbər lenti

Amerikalılar 6 ayda 2200-dən çox UNO-lar barədə məlumat veriblər
Dünya 18:35 12.07.2025

Amerikalılar 6 ayda 2200-dən çox UNO-lar barədə məlumat veriblər

ABŞ vətəndaşları 2025-ci ilin ilk yarısında 2200-dən çox naməlum uçan obyekt (NLO) müşahidəsi barədə məlumat veriblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Milli UNU Məlumat Mərkəzi (NUFORC) yayıb.

NUFORC-un məlumatına görə, ilin rekorda çatan ayı yanvar olub - bu dövrdə 560-dan çox müraciət qeydə alınıb. İyul ayının ilk həftəsində isə mərkəzə "güman edilən dünya xarici aktivlik"lə bağlı 87 müraciət daxil olub. Altı ay üzrə göstəricilər 2023–2024-cü illərin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirir.

"The Wall Street Journal" qəzeti iyunun 7-də yazmışdı ki, ABŞ Konqresinin təşəbbüsü ilə aparılan araşdırmanın nəticələri dərc olunub. Araşdırma zamanı UNO-larla bağlı saxta məlumatların yayılması halları aşkarlanıb. Nəşrin məlumatına görə, bu araşdırma Pentaqonun dezinformasiyalarını ifşa etmək məqsədi ilə həyata keçirilib. Sənədlərdə 1980-ci illərə aid bir hadisəyə də toxunulub: ABŞ Hərbi Hava Qüvvələrinin polkovniklərindən biri Nevadadakı yüksək məxfi hərbi obyekt — 51-ci Zonanın yaxınlığında yerləşən bardan çıxarkən qeyri-adi müşahidə barədə danışıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->