"Mauro İkardinin qolundan, Neymarın mübahisəli penaltisindən və Lukas Paketin oyunundan daha çox hamı Messinin əvəz edilməsindən danışır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri PSJ-nin sabiq futbolçusu Jerom Roten Liqa 1-in 6-cı turunun "Lion"la oyununda (2: 1) Lionel Messinin əvəzlənməsindən danışarkən deyib. O, bu hadisənin tamamilə anlaşılmaz olduğunu bildirib:
"Qətiyyən anlaşılan şey deyildi. Biz gördük ki, Lionel Messi meydanda qalmaq istəyirdi. Poçettino qərarı ağlı və ürəyi ilə verdi. Bunu Poçettino üçün tamamilə yersiz hesab edirəm, çünki o, komandanın digər ulduzlarına qarşı heç vaxt belə etməyib.
Poçettino komandaya gəldiyindən bəri, pis oynasalar belə, həmişə Neymar və ya Mbappeni meydandan çıxarmayıb. Həmişə onları qoruyur. Statusu və aurası baxımından isə Messi Neymar və Mbappedən qat-qat üstündür. Söhbət bütün futbol nəsilləri içində planetin ən yaxşı futbolçusu Lionel Messidən gedir.
Komandanızdadırsa, onu dünyanın ən yaxşı oyunçusu kimi qəbul etməlisiniz. Necə varsa, o cür də. O, xüsusi bir statusa malikdir. Siz bu ən yaxşı oyunçunuzla, xüsusən də o, "Park de Prences”də ilk dəfə start da çıxdığı zaman onunla anlaşılmazlıqlardan qaçmalısınız.
Bu, Poçettinonun ciddi səhvidir, onu meydanda saxlamalıydı. Mən onun nə etdiyini anlamıram. Yoxsa özünün hüdudlarını Messiyə göstərmək istəyirdi? İnşallah, dediyim deyil, əks halda o, sadəcə dəli olardı. Sən ən yaxşı oyunçunla münasibətləri gərginləşdirirsən. Bu cür hadisələr diqqətdən kənarda qalmayacaq və qorxunc bir görüntü yaradacaq. Poçettino uğursuzluğa düçar oldu", - Roten deyib.
Alpər
Şərhlər