Xəbər lenti

Rüfət Aslanovun yetirmələri Sumqayıtda 17 medal qazandı (FOTO)
Foto 16:54 18.06.2026

Rüfət Aslanovun yetirmələri Sumqayıtda 17 medal qazandı (FOTO)

Boks üzrə 2012–2013-cü il təvəllüdlü kadetlər arasında "Şəhid Cavid Fazil oğlu Ələkbərovun xatirəsinə” həsr olunmuş Təhsil RİM Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açıq birinciliyi təşkil olunub.

Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açıq birinciliyi çərçivəsində keçirilən yarışda boks üzrə əməkdar məşqçi Rüfət Aslanovun rəhbərliyi altında çıxış edən idmançılar yüksək nəticələr əldə ediblər. Onun yetirmələri turnirdə 5 birinci, 7 ikinci və 5 üçüncü yer qazanaraq ümumilikdə uğurlu nəticə göstəriblər. Gənc boksçular yarış boyu həm fiziki hazırlıq, həm də taktiki baxımdan üstünlük nümayiş etdirərək döyüşlərdə inamlı çıxışları ilə fərqləniblər.

Yarışın gedişini gənclər və idman naziri Fərid Qayıbov da izləyib. Onun turnirdə iştirakı yarışın əhəmiyyətini daha da artırıb və gənclər idmanına, xüsusilə də boksun inkişafına göstərilən diqqətin bariz nümunəsi kimi qiymətləndirilib. 

Xatirə turniri şəhid Cavid Ələkbərovun əziz xatirəsinin yad olunması ilə yanaşı, bölgələrdə boksun inkişafına töhfə vermək və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Aydın

--> -->