Dünya 19:10 15.01.2019

Ruhani ABŞ-la müzakirə şərtini açıqladı

İran prezidenti Həsən Ruhani növbəti dəfə ABŞ-a səslənib.

Qaynarinfo xəbər verir ki, İdarə Heyətinin iclasında danışan ölkə rəhbəri ABŞ-ın tətbiq elədiyi sanksiyalardan söz açıb:
"Ölkə normal vəziyyətdə deyil, lakin sanksiyalardan qorxmuruq və hədəflərimizdən geri çəkilmirik. Nə qədər zərbə alsaq da, müharibəni başlayan tərəf deyilik və buna görə fəxr edirik. Sanksiyalar xalqa və iqtisadiyyata zərbə vurur, lakin təzyiqləri tamamilə aradan qaldıra bilmərik. ABŞ-a bu yolun yanlış olduğunu izah etməliyik. Əgər danışıqlar istəyirlərsə, əvvəlcə sanksiyaları qaldırmaq lazımdır. Məntiqli müzakirədən heç vaxt imtina etməmişik".

Gülşən