Dünya 17:09 27.11.2013

Ruhaninin musiqili videosu yayıldı - VİDEO

İqtidara gələn ilk gündən apardığı islahatlarla hər kəsi təəccübləndirən İran prezidenti Həsən Ruhani bu dəfə də videosu ilə müzakirə mövzusuna çevrilib. 

“Qafqazinfo” xəbər verir ki, Ruhaninin avqustun 3-ü vəzifəsinin icrasına başladığı gün etdiyi çıxışından bəzi hissələrin yeri aldığı və musiqinin müşayiəti ilə təqdim olunan ağ-qara video sosial mediada böyük səs-küyə səbəb olub. 

Bərabərlik və dialoq mesajı verən video ABŞ mətbuatında prezident Obamanın 2008-ci il seçkilər öncəsi apardığı “Yes we can” kampaniyası üçün hazırlanan klipin eynisi olaraq şərh olunub.