Dünya 14:44 18.09.2020

Rus aparıcı Lukaşenkonun Moskvaya qaçan oğlunu lağa qoydu

Rusiyanın televiziya aparıcısı İvan Urqant axşam şousunun yeni sayında Belarusdan gələn son xəbərlərdən birini lağa qoyub. Söhbət prezident Aleksandr Lukaşenkonun Moskva məktəblərindən birində təhsil almağa gəldiyi deyilən kiçik oğlu Nikolaydan gedir. Gəncin saxta bir adla təhsil alacağı da bildirilir.

Qaynarinfo xəbər verir ki, efirdə Urgant paytaxt məktəblilərinə müraciət edib: 

"Silahlı bir oğlan sinfinizə girib "Adım Castin Timberleykdir” desə, bilin ki, o, Belarus Prezidentinin oğludur”. 

Qeyd edək ki, rəsmi Minsk Nikolay Lukaşenkonun Rusiya paytaxtına köçəcəyi ilə bağlı xəbərləri təkzib edir.
 
Alpər