Video 19:05 21.09.2020

Rus hərbçiləri təlimlərdə bərpa etmək üçün körpünü partlatdılar (VİDEO)

Cənubi Hərbi Dairədə 80.000 rus hərbçinin və İran, Ermənistan, Çin, Belarus, Myanma və Pakistandan 1000-ə qədər xarici əsgərin iştirakı ilə Qafqaz-2020 komanda-qərargah təlimi başlayıb. 

Qaynarinfo xəbər verir ki, təlimi Azərbaycan, İndoneziya, Qazaxıstan, Tacikistan və Şri Lanka təmsilçiləri izləyəcəklər.

Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər 21-26 sentyabr 2020-ci il tarixlərində Cənub Hərbi Dairəsinin - Prudboy, Aşuluk, Kapustin Yar, Arzgirski və Kopanski hava təlim poliqonlarında, eləcə də Qara dəniz və Xəzərin sularında keçiriləcək.

Təlimdə 250-dək tank, 450-ə qədər piyada döyüş maşını və zirehli personal daşıyıcısı, 200-ə qədər topçu sistemi və çoxsaylı raket sistemi, həmçinin pilotsuz təyyarələr, "Strelets” kəşfiyyat və rabitə kompleksi, optik-elektron "İroniya" kompleksləri iştirak edəcəklər.

Rusiyanın cənubu və Şimali Qafqazdakı qırıcı təyyarələr hazır vəziyyətə gətirilib. Su-27 və Su-30SM təyyarələrinin ekipajları, Krım və Rostov bölgəsindəki əməliyyat aerodromlarında, eləcə də Krasnodar və Stavropol əyalətində döyüş vəzifələrini yerinə yetiriblər. Xəzər Dəniz Donanmasının 30-dan çox gəmi və qayığı mövqeli ərazilərdə taktiki zərbə qrupları yerləşdirmək üçün dənizə çıxıb.

RİA Novosti hərbçilərin şərti bir düşmən tərəfindən partladılmış bir körpünü bərpa etdiyi və texnikanın çaydan keçməsini təmin elədiyi təlimdən video yayımlayıb.
 
Alpər