Rus hərbi polisi Menbicdə patrul fəaliyyətinə başladı

Rus hərbi polisi Menbicdə patrul fəaliyyətinə başladı

Rusiya Silahlı Qüvvələrinin Hələb əyalətindəki hərbi polisi Rusiya-Türkiyə memorandumu çərçivəsində Suriya ordusunun Menbicin şimal-şərqindəki mövqelərində patrul fəaliyyətinə başlayıb.

Qaynarinfo KP.ru-ya istinadla bildirir ki, bu haqda şöbənin nümayəndəsi məlumat verib.

O, patrul xəttinin Suriya Ərəb ordusunun cəbhəsi boyunca Sajur çayı üzərindəki Keirat kəndindən bir neçə kilometr aralıda, Fərat çayına qarışmadığı yerdən keçdiyini bildirib.
Xatırladaq ki, dünən Soçidə Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında keçirilən görüşmədə 10 maddəlik razılıq əldə olunub. 

Razılaşmaya əsasən, 150 saat ərzində kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər. Bu vaxtın hesablanması 23 oktyabr saat 12:00-dan başlayacaq. 150 saat vaxt bitəndən sonra "Barış pınarı” əməliyyatının keçirildiyi yerdən qərbdə və şimalda Türkiyə-Rusiya birgə patrul xidmətinə başlanılacaq. Ərdoğanın sözlərinə görə, Suriya ərazisində Türkiyə-Rusiya birgə patrul xidməti Türkiyə sərhədindən 10 kilometr dərinlikdə aparılacaq.

XƏBƏRLƏR
BLOGLAR