Dünya 16:00 18.01.2022

Rus Pravoslav Kilsəsi “Allah yoxdur” deyən müəllimə məsləhət verdi

Kurqan məktəblərindən birində müəllim din mövzusunda birmənalı olmayan ifadələrə görə özünü cinayət təqibi təhlükəsi ilə üz-üzə qoyub. 

Qaynarinfo xəbər verir ki, sosial şəbəkədəki yerli qrupların birində müəllimin davranışından qəzəblənən bir şagirdin şikayəti olub. Onun sözlərinə görə, biologiya dərsi zamanı qadın guya "tanrı yoxdur” və "duaların cəfəngiyyat olduğunu” deyib.

"O, 148-ci maddədə göstərilən "möminlərin hisslərini təhqir etmək” bəndini pozub. Bu, son dərəcə xoşagəlməz idi, ruhumda anlaşılmaz ağrılı bir hiss yaratdı...” - anonim istifadəçi yazıb.

Bir müddət sonra bu yazı silinib, müəllifi naməlum olaraq qalıb. Lakin meriya hadisəni təkzib etmədiklərini bildirib. Şəhər administrasiyasının mətbuat xidmətindən Znak.com-a bildiriblər ki, müəllim heç kimin hisslərini incitmək istəməyib və onun sözləri yanlış şərh edilib. Xüsusən də məktəb direktoru məmurlara izah edib ki, müəllimlə uşaqlar insan mənşəyi mövzusunu müzakirə edib, müxtəlif nəzəriyyələrdən danışıblar.

Rus Pravoslav Kilsəsinin Kurqan yeparxiyasında hadisəyə münasibət bildirərək, hadisədə dini hisslərə qarşı təhqir görmədiklərini, amma yenə də müəllimi haqsız hesab etdiklərini açıqlayıblar. Yeparxiyanın sözçüsü Mixail Nasonov Daily Storm-a deyib ki, "ateist dünyagörüşü... dindarların hisslərini incidə bilməz", lakin müəllim qanunu öyrənməlidir.

"Təhsil haqqında” qanunun 48-ci maddəsi ilə tanış olmaq məqsədəuyğundur, - Nasonov deyib, - ümumi təhsil müəssisəsinin divarları arasında təbliğat aparmaq olmaz”.

Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?