Rusiya ABŞ hərbçilərinin öldürülməsi üçün pul veribmi? – “Taliban”dan cavab

Rusiya ABŞ hərbçilərinin öldürülməsi üçün pul veribmi? – “Taliban”dan cavab

"Taliban” heç bir tərəfin muzdluları ilə işləmir”. Bu sözlərlə "Taliban” rəhbərliyi Amerika mediasının təşkilatın Moskva ilə mümkün "razılaşma”sı barədə verdiyi məlumatlara münasibət bildirib.

Qaynarinfo "The Media Line"a istinadla xəbər verir ki, bu barədə "Taliban"ın Qətərdəki nümayəndəsi Suhail Şahin məlumat verib. Onun sözlərinə görə, hərəkat Əfqanıstanda İslam hökumətinin qurulması üçün mübarizə aparır.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brien bildirmişdi ki, "Rusiya Federasiyasının Talibanla sövdələşməsi" barədə yayılan məlumatlar şübhələnmək üçün ciddi əsas verir. Onun sözlərinə görə, bu təsdiqlənərsə, o zaman Donald Trampın ciddi tədbirlər görəcəyinə zəmanət verə bilər.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR