Ekonomiks 11:05 25.02.2020

Rusiya Azərbaycanla sərhəddini bağlaya bilər (ŞƏRH)

"Çinlə sərhəddini qapadan Rusiya eyni addımı Azərbaycanla bağlı da ata bilər”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya mətbuatında "Azərbaycanda virus şübhəlisi 2 nəfər xəstəxanada yerləşdirildi” başlıqlı xəbərə münasibətində deyib. 

O, bildirib ki, Rusiyanın bir sıra saytında "Azərbaycanda virus şübhəlisi 2 nəfər xəstəxanada yerləşdirildi” xəbəri manşetə çıxardılıb:

"Bunun nə demək olduğunu anlamaq çətin deyil. Çinlə sərhəddini qapadan Rusiya eyni addımı Azərbaycanla bağlı da ata bilər. Buna hazır olmalıyıq. Təcili müxtəlif ssenarilər üzərində çalışmalara başlamalı, cənub və şimal sərhədlərimizin tamamən bağlanması halında vəziyyətdən çıxış yolları üzərində düşünməliyik. Bu elə virusdur ki, hər bir dövlət özünü və vətəndaşını düşünür, siyasi müttəfiqlik və ya tərəfdaşlıq işə yaramır. Koronavirus nəinki sərhədləri aşır, həm də milli təhlükəsizliyə, təhdidə çevrilir”.

Bahar Rüstəmli