Xəbər lenti

Rusiya Azərbaycanla sərhədlərini nə vaxt açacaq? (EKSPERT)
Ölkə 16:01 21.09.2020

Rusiya Azərbaycanla sərhədlərini nə vaxt açacaq? (EKSPERT)

"Oktyabr ayında sərhədlərin açılması ilə bağlı ilkin addım atıla bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Rusiyanın Azərbaycanla hava və quru sərhədlərini hələ də açmamasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, ilkin olaraq hava sərhədi açıla bilər:

"Çünki burada virusla bağlı nəzarət mezanizmlərini daha sərt həyata keçirmək mümkündür. Sonrakı mərhələlərdə isə quru sərhədlərin açılması gözlənilir. Rusiya artıq bir çox ölkələrlə sərhədini açıb. İlk olaraq Türkiyə ilə sərhədini açıq elan etdi. Rusiya vətəndaşları Türkiyəyə səfər edib yay tətilinin son günlərini Türkiyədə keçirməyə çalışırlar”.
 
 

Natiq Cəfərli bildirib ki, Azərbaycanda ticarət dövriyyəsi ilə bağlı sərhədlər normal işləyir:

"Yüklərin daşınmasında ciddi problem yaşanmır. Zaman-zaman müəyyən geçikmələr olsa da, iqtisadi dövriyyə var. Amma əhalinin dövriyyəsi, gediş-gəlişi ilə bağlı məhdudiyyətlər qalmaqdadır. Bu da həm iqtisadi, həm də sosial problemdir. Çünki yüz minlərlə soydaşımız Rusiyada yaşayır. Onların ailələrinə gəlib-getməsi, öz yaxınları ilə münasibətlər saxlaya bilməməsi kimi məhdudiyyətlər təbii ki, həm iqtisadi, həm də sosial baxımından maneələr yaradır. Əgər ikitərəfli dövlətlərarası müqavilələr imzalanarsa, oktyabrda sərhədlərin açılması ilə bağlı razılığa gəlmək mümkün olacaq”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->