Rusiya Belorusda yeni hərbi aviabaza yaratmağa qərar verib.
Qaynar.info-nun rus mətbuatına istinadən verdiyi məlumata görə, yeni yaradılan hərbi baza Belorusun Lida şəhəri yaxınlığında yerləşəcək.
Məlumatı Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı general-leytenant Viktor Bondarev təsdiqləyib.
Bazanın fəaliyyətə başlaması bu il üçün nəzərdə tutulur. Ora ilk öncə Su-27 təyyarələri yerləşdiriləcək. Gələcəkdə yeni növ təyyarələrin gətirilməsi nəzərdə tutulur.
Bazanı təchiz etmək isə Belorus tərəfinə həvalə olunub. Hərbi bazanın necə istifadə olunacağı sualına isə Bondarev, "Əvvələcə o Rusiya bazası olacaq, sonrasına isə baxarıq" cavabını verib.
Qaynar.info
Şərhlər