Xəbər lenti

Rusiya Bəşər Əsədi qurban verəcək? - Ekspert
Dünya 17:18 04.12.2024

Rusiya Bəşər Əsədi qurban verəcək? - Ekspert

"Bəşər Əsədin hakimiyyətdən getməsi tələbi qətidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında olan telefon danışığını şərh edərkən deyib.

Ekspert bildirib ki, Rusiya üçün əbədi müttəfiq yoxdur və Kreml üçün indi daha üstün maraqlar var:



"İsrailin Qəzzada HƏMAS-a və Livanda "Hizbullah"a qarşı keçirdiyi əməliyyatlarla yanaşı, bilirik ki, Suriyanın ərazisini də bombalayıb. İsrail Suriyada rejim dəyişikliyində israrlıdır. Bu və Suriyada son günlər baş verən proseslər də belə düşünməyə əsas verir ki, artıq Bəşər Əsədin hakimiyyətdən getməsi məsələsi ortalığa qoyulub. Putinlə Ərdoğan arasında olan telefon danışığında da ola bilsin əsasən bu məsələ müzakirə predmeti olub. Proses bu istiqamətdə gedir. Rusiyanın əbədi müttəfiqləri yoxdur. Rusiya illərlə Azərbaycan-Ermənistan münaqişəsində İrəvanın tərəfini saxladı. Sonra isə ondan üz döndərdi. Hər şey maraqlara bağlıdır. Türkiyə və İsraillə əməkdaşlıq və əlaqələri inkişaf etdirmək Kreml üçün hazırkı situasiyada Əsəd rejimini dəstəkləməkdən daha üstündür. Ona görə də artıq Suriyada proseslər məhz bu istiqamətdə gedir". 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Onlar əsasən Suriyadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan qeyd edib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Bundan əvvəl isə İranın XİN rəhbəri Ərdoğanla əlaqə yaratmışdı. Hansı ki, onların da müzakirə etdiyi mövzu Suriya məsələsi olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->