Rusiya 21 sentyabrdan etibarən Belarus, Qazaxıstan və Qırğızıstana uçuşlarını bərpa edir.
Qaynarinfo xəbər verir ki, bu haqda müvafiq sənədi Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Uçuşlar həftədə bir dəfə Nur-Sultan (Qazaxıstan), Bişkek (Qırğızıstan) və Minsk (Belarus) şəhərlərinə həyata keçiriləcək.
Seula (Cənubi Koreya) uçuşlar 27 sentyabrdan etibarən bərpa ediləcək.
Bu bazar ertəsindən yük daşımalarına qoyulan məhdidiyyətlər də ləğv ediləcək.
Şərhlər